Avropa İttifaqı (Aİ) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) infeksiyanın qarşısının alınmasında Azərbaycana dəstək olmağa davam edir

Avropa İttifaqı (Aİ) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) infeksiyanın qarşısının alınmasında Azərbaycana dəstək olmağa davam edir. Aİ-ÜST birgə layihəsi olan Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü çərçivəsində Azərbaycanda xəstəxanalarda İnfeksiyaların Profilaktikası və Nəzarət (İPN) üzrə məsul şəxsləri üçün 23 may – 18 iyun tarixlərində təlimlər təşkil edilib. “Tibb müəssisələrində infeksiyaların profilaktikası və nəzarətin təşkili planının hazırlanması” təlimində ölkə üzrə 50-dək tibb müəssisəsindən 100-dək tibb işçisi ÜST-nin “Müəssisə səviyyəsində infeksiyanın qarşısının alınması və infeksiyaya nəzarət tədbirlərinin qiymətləndirilməsi mexanizmi” və “Əl gigiyenası özünü qiymətləndirmə çərçivəsi və sistem dəyişiklikləri” təlimatlarından istifadə edərək xəstəxanalarda mövcud vəziyyəti qiymətləndirə bilməyi və fəaliyyət planı hazırlamağı öyrənib. Təlimi müvəffəqiyyətlə başa vuran tibb işçilərinə sertifikatlar təqdim edilib. Qeyd edək ki, Mərkəzimizin infeksionisti Dr. Ləman Qalimova bu təlimlərdə təlimçi olaraq iştirak etmişdir.

Diqər xəbərlər